Qazaxıstanda qiymət artımına etiraz mitinqləri səngimirbackend

Qazaxıstanda qiymət artımına etiraz mitinqləri səngimir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda maye qazın qiymətinin artmasına görə yanvarın ilk günlərindən başlayan etiraz aksiyaları səngimir. Hökumət məsələnin araşdırılıb çıxış yolu tapılmasını vəd edir.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Aktau hava limanından şəhərə gedən yolu bağlayan etirazçılar rayon rəhbəri Nurlan Noqayevin xidməti avtomobilini saxlayıb və təcili yardım maşınlarından başqa heç bir avtomobilə keçid verməyəcəklərini bildiriblər.

Sosial şəbəkələrdə nümayişçilərin rayon rəhbəri Nurlan Noqayevin olduğu avtomobili necə buraxmadığını əks etdirən video yayılıb,.

Yolda baş verən insidentlə əlaqədar rayon rəhbəri avtomobili tərk edərək etirazçılarla dialoqa girməli olub.

Manqistau vilayətinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Yanvarın 2-dən başlayaraq Qazaxıstanın Janaozen, Kurık, Akşükür, Aktau və digər yaşayış məntəqələrində kortəbii mitinqlər başlayıb. Buna səbəb maye qazın qiymətinin kəskin artması olub.

Yanvarın 1-dən yanacaqdoldurma məntəqələrində onun qiyməti 1 litr üçün 120 təngəyə qalxıb. İnsanlar qiymətləri 60 təngəyə endirməyi tələb edirlər.

Bölgə sakinlərinin narazılığına cavab olaraq Qazaxıstanın Energetika Nazirliyi izah edib ki, qazın qiymətini indi tələb və təklifə uyğun olaraq bazar özü formalaşdıracaq.

Yanvarın 2-dən 3-nə keçən gecə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Tvitter-də yazıb ki, hökumətə Janaozendəki vəziyyətə təcili baxmağı tapşırıb.

Qazaxıstanın baş naziri Əsgər Maminin sərəncamı ilə Manqistau vilayətində sosial-iqtisadi vəziyyətə baxılması üçün hökumət komissiyası yaradılıb. O, artıq Aktauya gəlib və işə başlayıb.