Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
Prezidentin fərmanı ilə Rəqəmsal İnkişaf Nazirliyi Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilib.
Hökumətə dövlət orqanlarının işçilərinin yenidən yerləşdirilməsini təmin etmək tapşırılıb.