Qazaxıstanda qəzaya uğrayan təyyarədəki sərnişinlərdən biri əslən Balakən rayonundan olan və Sumqayıt şəhərində yaşayan Mahmud Tütünçüyev olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 20 yaşlı gənc Çeçenistana istirahətə gedirmiş.
M.Tütünçüyev qəza zamanı həlak olub.
Evin tək övladı idi.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.