Qazaxıstanda Tokayev əleyhinə etirazlar başladıbackend

Qazaxıstanda Tokayev əleyhinə etirazlar başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Kasım-Jomart Tokayevin andiçmə mərasimindən sonra Qazaxıstanın paytaxtı Astanada təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşayiət olunan etiraz aksiyaları başlayıb.

NOCOMMENT.az bildirir ki, teleqram kanalları bu barədə şahidlərə istinadən məlumat verib.

Bu gün günorta Astanada Kasım-Jomart Tokayev ikinci müddətə yenidən Qazaxıstan prezidenti kimi and içib. Dövlət başçısı yeddi illik mandat alıb. Axşam saatlarında Qazaxıstan paytaxtında etiraz aksiyaları başlayıb. Əhali arasında “Allah Əkbər” nidaları eşidilir. Kütlə mərkəzə doğru yürüş etməyə cəhd edib. Etiraz aksiyası fonunda şəhərdə internetdə məhdudiyyətlər yaranıb. Hökumət buna Astana və Akmola vilayətində internet şlüzlərində elektrik təchizatı avadanlığı ilə bağlı qəzaların səbəb olduğunu bildirib.

Eyni zamanda Qazaxıstanın Karaqanda və Pavlodar vilayətlərində temperaturun kəskin aşağı düşməsi səbəbindən bütün istiqamətlərdə yollar bağlanıb.

Xatırladaq ki, bu ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasından sonra kütləvi etiraz aksiyaları keçirilib və məhz bundan sonra yeni prezident seçkiləri təyin edilib.
Sfera