Qazaxıstanda yol qəzasında 10 zəvvar ölübbackend

Qazaxıstanda yol qəzasında 10 zəvvar ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Mangistau vilayətində baş verən yol qəzasında 10 nəfər ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,  “Toyota Hiace” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Maşında sərnişinlər olub.

Qəza nəticəsində 8 nəfər yerində, daha 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü və 2 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə bildirib ki, yol qəzasının qurbanları zəvvarlar olublar. Zəvvarlar Beket-Ata pirinə gedirmişlər. Ölənlərin və xəsarət alanların ailələrinə lazımi yardımın göstəriləcəyi vəd edilib. Fəaliyyətlərin əlaqələndirilməsi üçün gecə-gündüz fəaliyyət göstərəcək operativ qərargah yaradılıb.

Daxili işlər naziri cinayət işinin istintaqını şəxsi nəzarətinə götürüb.