Qazaxıstandan Simonyanın ərinə mesaj: Onun bu ritorikası…backend

Qazaxıstandan Simonyanın ərinə mesaj: Onun bu ritorikası…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov erməni əsilli rusiyalı jurnalist Tiqran Keosayanın ölkəsi ilə bağlı açıqlamalarına reaksiya verib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Keosayanın verdiyi açıqlamalara görə Qazaxıstanda “arzuolunmaz şəxs” elan edilə biləcəyini deyib.

“Ola bilsin ki, onun açıqlaması Rusiya xalqı və siyasətinin müəyyən hissəsinin fikirlərini əks etdirir, amma heç bir halda ölkələrimiz arasında əməkdaşlığın və dövlət başçıları səviyyəsində mövcud sazişlərin ruhuna və məzmununa uyğun gəlmir”, – deyə Smadiyarov bildirib.

Keosayanın Qazaxıstanla bağlı açıqlamalarının təhqiramiz və qərəzli olduğunu söyləyən Smadiyarov bu səbəbdən onun “arzuolunmaz şəxs” elan edilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu cür ritorika mehriban qonşuluq münasibətlərini zədələyir və bu, strateji tərəfdaşlığa qarşı çıxanlar üçün daha faydalıdır.

Erməni əsilli rusiyalı teleaparıcı və rejissor Tiqran Keosayan Qazaxıstanı nankorluqda ittiham edib. Keosayan açıq şəkildə Qazaxıstanı “Ukraynaya diqqətlə baxın” sözləri ilə hədələyib.

Tiqran Keosayan Rusiyada yaşayan digər erməni əsilli jurnalist Marqarita Simonyanın həyat yoldaşıdır.