Qazaxıstanın aviasiya xidmətinin keçmiş nümayəndəsi təyyarə qəzasına münasibət bildiribbackend

Qazaxıstanın aviasiya xidmətinin keçmiş nümayəndəsi təyyarə qəzasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış pilot, Qazaxıstanın Mülki Aviasiya Komitəsinin Uçuş istismarı idarəsinin keçmiş rəhbəri Totı Amirova “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Aktau yaxınlığında qəzaya uğramasını şərh edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, “Tengrinews.kz”a açıqlama verib.

Komitənin keçmiş nümayəndəsinin sözlərinə görə, istintaq komissiyasına təkcə təyyarənin istehsalçısı olan Braziliya deyil, həm də GE mühərriklərinin istehsalçısı olan ölkənin (ABŞ) nümayəndələri də daxil ola bilər.

“Bundan başqa, bir çox vətəndaşlar komissiyanın aviasiya hadisəsinin əsl səbəbini gizlədə biləcəyindən narahatdır, lakin əminəm ki, reallıqda artıq heç nəyi gizlətmək mümkün deyil. Son bir neçə ildə texnologiyalar kifayət qədər inkişaf edib və müasir təyyarələrdə “qara qutu”dan məlumatların serverlərdə surəti çıxarılır, təkrarlanır, bəzi aviaşirkətlərdə isə “qara qutu”lardan dərhal onlayn qeyd aparılır. Ona görə də onları məhv etmək çətin ki, mümkün olsun.

Dispetçer və pilotlar arasında danışıqların səs yazısını real vaxt rejimində dinləmək mümkündür və onlar elektron daşıyıcılarda qeyd olunur. Süründürməçilik etməyə də səbəb yoxdur, çünki ICAO-nun irad bildirməməsi və yenidən “qara siyahı”ya düşməmək üçün riayət edilməli olan qanuni müddətlər var”, – T.Amirova qeyd edib.