Qazaxıstanın ən zəngin iş qadını Rusiya vətəndaşlığından imtina edibbackend

Qazaxıstanın ən zəngin iş qadını Rusiya vətəndaşlığından imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın ən zəngin qadını Aydan Süleymenova Rusiya vətəndaşlığından imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tengrinews.kz məlumat yayıb.

İyulun 11-də Rusiya prezidenti Vladimir Putin “Rusiya vətəndaşlığına qəbul və Rusiya vətəndaşlığından çıxmaq haqqında” fərman imzalayıb. Sənədə əsasən, iş qadını Rusiya pasportundan imtina etmək üçün ərizə verib.

Aidan Süleymenova Qazaxıstanın ilk xarici işlər naziri Tuleutay Suleymenovun qızı və qazaxıstanlı sahibkar Daniyar Abulqazinin həyat yoldaşıdır.

Forbes-in məlumatına görə, Süleymenova “ADD Invest Properties” şirkətinin sahibidir, onun vasitəsilə Kulibayevlər ilə birlikdə Qazaxıstanda bir sıra iri ticarət mərkəzlərini idarə edir.