Qazaxıstanın müdafiə naziri istefa verdibackend

Qazaxıstanın müdafiə naziri istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə nazirinin istefasını qəbul edib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali açıqlayıb.

Onun sözlərinə görə, Prezident Tokayev müdafiə naziri Nurlan Yermekbayevin ölkənin hərbi anbarlarının birində baş vermiş partlayışdan sonra istefa ərizəsini qəbul edib.

Xatırladaq ki, avqustun 26-da Qazaxıstanın Jambıl vilayətində hərbi hissələrin birinin anbarında yanğın başlayıb. Yanğının ardınca ard-arda bir neçə partlayış baş verib. Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, insident nəticəsində 100-ə yaxın xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Həmçinin yanğın və partlayış nəticəsində 15 nəfər həlak olub. İtkin düşən bir nəfərin isə axtarışları davam edir.

Yermekbayev Jambıl əyalətində sözügedən bu partlayışdan sonra istefa verməyə hazır olduğunu bəyan etmişdi. Həmçinin 2019-cu ilin yayında Arıs şəhərində hərbi anbarların birində analoji insident baş verib. Bu zaman Qazaxıstan Prezidenti Müdafiə Nazirliyindəki vəziyyətlə bağlı narazılığını ifadə edərək Nurlan Yermekbayevə ciddi töhmət vermişdi.