Qazaxıstanın yeni baş naziri təyin edilibbackend

Qazaxıstanın yeni baş naziri təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Kasım-Jomart Tokayev öz sərəncamı ilə administrasiyasının rəhbəri Oljas Bektenovu Qazaxıstanın yeni Baş naziri təyin edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Bektenov Oljas Abayeviç Qazaxıstan Respublikasının Baş naziri təyin edilib, o, əvvəllər tutduğu vəzifədən azad edilib”, – məlumatda deyilir.

Bektenovun baş nazir postuna namizədliyi fevralın 6-da respublikanın hakim “Amanat” Partiyası tərəfindən təklif edilib. Bundan sonra Tokayev özü onu seçmək xahişi ilə Məclisə (parlamentin aşağı palatası) müraciət edib.