Qazi adı altında görüntüləri yayılan Bakı sakini danışdı – VİDEObackend

Qazi adı altında görüntüləri yayılan Bakı sakini danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qatar qəzasında hər iki ayağını itirən İmran Lalayevin videosu çəkilərək qazilərə həsr olunan mahnının fonunda TikTok sosial şəbəkəsində paylaşılıb. Qazi olmadığını bildirən İmran Lalayev buna etiraz edib.

NOCOMMENT Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Bakıdakı teatrlardan birinin aktyoru olan İmran Lalayev 2013-cü ildə – 21 yaşında qatar qəzasında hər iki ayağını itirdiyini bildirib. Bundan sonra isə protez ayaqla hərəkət etməyə başlayıb.

O deyir ki, işdən çıxıb metronun “Həzi Aslanov” stansiyasından “Koroğlu” stansiyası istiqamətinə getdiyi zaman onun xəbəri olmadan tanımadığı şəxs videosunu çəkərək TikTok sosial şəbəkəsində paylaşıb. Paylaşan şəxs həmin videonun üzərinə isə qazilərə həsr olunan mahnını montaj edib. Videoda istifadəçilər onun qazi olması ilə bağlı şərhlər yazıblar.

Məsələdən xəbər tutan İmran Lalayev və dostları videonun silinməsi ilə bağlı şərhlər yazıblar. Ancaq heç bir faydası olmayıb.

İmran Lalayev icazəsini almadan onun videosunu çəkib paylaşan şəxsi məhkəməyə verəcəyini deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: