Qazi bacısını niyə öldürüb?- “Dedi ki, başını həmişə aşağı edəcəm”- ŞOK TƏFƏRRÜATbackend

Qazi bacısını niyə öldürüb?- “Dedi ki, başını həmişə aşağı edəcəm”- ŞOK TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonu, Hindarx qəsəbəsində 31 yaşlı Səbinə Məmmədovanın öldürülməsinin təfərrüatları məlum olub. Qətli törədən mərhumun qardaşı, qazi 34 yaşlı Sadiq Kərimov olub.Sadiq Kərimov Vətən Müharibəsində iştirakına görə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Müharibədən qayıtdıqdan sonra DOST İş Mərkəzinə sosial işçi kimi işə qəbul edilərək “Azərpoçt”un Ağcabədi rayonu, Hindarx qəsəbəsi şöbəsində poçtalyon köməkçisi kimi işə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Sadiq Kərimov qətli namus üstündə törətdiyini bildirib. Sadiq linglə bacısının baş nahiyyəsinə bir neçə zərbə endirərək onu qətlə yetirib.

S.Kərimov ifadəsində bildirib ki, özünü tam təqsirli hesab edir. Amma bacısının həyat tərzi onun bu yola əl atmasına səbəb olub.

“Atam rəhmətə gedəndən sonra Səbinənin əri ilə arasında mübahisə olmuşdu. Əri Səbinənin başqa kişilərlə yazışmasını tutmuşdu. Onlar arasında təkrar dava-dalaş olmuşdu. Səbinə əri Kamilin onu şərlədiyini deyirdi. Kamil mənə Səbinənin danışdığı şəxslərin nömrəsini göstərdi. Kamilə dedim ki, Səbinədən şübhələnirsə, onu boşasın.

Səbinə bir müddət bacımla yaşamağa başladı. Atamın yas mərasimində telefonla danışdığını gördüm. Kiminlə danışdığını soruşdum. Dedi ki, su idarəsindən zəng gəlib.  Yan otağa keçərək orada kiminləsə şübhəli və səmimi şəkildə danışmağa başladı. Dəfələrlə xəbərdarlıq etdim ki, bu əməllərindən əl çəksin. Yasdan sonra anidən Bakıya getdi. Sonra da qayıtdı. Xəbərdarlıqlarıma baxmayaraq məni qıcıqlandırmağa davam etdi. Deyirdi ki, dostlarımla da danışacaq, başımı aşağı edəcək. Bir dəfə də onu şəhərdə 3-4 nəfər kişi ilə yemək yeyən yerdə gördüm. Yanında oğlunu da aparmışdı. Bundan sonra onu öldürmək qərarına gəldim.

Səbinə həyətimizdə olan bir otaqlı evdə tək yaşayırdı. Axşam onun gəlməsini gözlədim. O gələnə qədər uşaqlarımla oymayıb onlarla vidalaşdım”.

S.Kərimov əlavə edib ki, bacısına son olaraq bir daha xəbərdarlıq edib. Amma bacısı ona “yaxşı edirəm” cavabını verib: “Otaqda uzanmışdı. Niyə belə etdiyini, məni və ailə üzvlərimi təhqir etməsinin səbəbini soruşdum. Dedi ki, yaxşı edir. Əlimdə ola linglə bir dəfə böyründən vurdum. Ayağa qalxıb sinəmdən tutanda başından da vurdum. Yerə yıxılanda başından bir dəfə də vurdum. Onda bildim ki, ölüb. Qapıdan çölə çıxanda anam gəldi. Nə olduğunu soruşanda Səbinəni öldürdüyümü dedim. Qışqıraraq evdən qaçdı. Sonra pilləkəndə oturub polislərin gəlməsini gözlədim”.

Məhkəmədən ona yüngül cəza verilməsini istəyən Sadiq qeyd edib ki, nəticənin belə olmasını istəməzdi.

Məhkəmədə mərhumun digər qardaşı hüquqi varis kimi tanınıb. Hüquqi varis də bacısının həyat tərzi haqqında danışarkən Sadiqin dediklərini təsdiq edib. O, şikayət və tələblərinin olmadığını deyərək qardaşına yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Mərhumun anası da məhkəmədə dindirilən zaman həbs edilən oğlunun ifadəsinə oxşar ifadə verib. Əlavə edib ki, qızına doğru yolda olmadığına görə dəfələrlə xəbərdarıq edib. Amma qızı nə onu, də qardaşlarını sayıb.

Sadiq Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunub. Ona bu maddənin sankiyasında nəzərdə tutulan ə aşağı həddə- 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.\\Musavat.com