Qazi: Dedilər ki, avtomobil istəyirsənsə, əlil arabasını qaytarmalısan – AÇIQLAMAbackend

Qazi: Dedilər ki, avtomobil istəyirsənsə, əlil arabasını qaytarmalısanAÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayon sakini Nəsirov Kənan Füzuli oğlu Tovuz döyüşləri zamanı sağlamlığına ziyan dəydiyini və ona birinci qrup əlillik dərəcəsinin verildiyini bildirir.

NOCOMMENT.az xəbər verir ki, əlil arabası ilə təmin olunduğunu deyən qazi yeniavaz.com-a müraciəti zamanı, müalicəsi üçün avtomobilə ehtiyac duyduğunu dilə gətirib. O, avtomobil növbəsinə yazılmaq üçün müraciət etdikdə bəzi əngəllər ortaya çıxdığını ifadə edib. Qazi iddia edir ki, müvafiq qurumdan, ona avtomobilin verilməsi üçün, əlil arabasından imtina etməli olduğu bildirilib.

Yaşanan problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən bizə bildirdilər ki, məsələ qanunla tənzimlənir:

“Tovuz rayon sakini Nəsirov Kənan Füzuli oğluna 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz I dərəcə əlillik təyin edilib. Kənan Nəsirov 31.05.2021-ci ildə mühərrikli təkərli oturacaqla təmin edilib. Nəzərinizə çatdırırıq ki, Nazirlər Kabinetinin 501 nömrəli “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” qərarının 3.6. bəndinə əsasən, tibbi göstərişlərdə şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, şəxsin seçimi ilə onlardan yalnız biri ilə təmin edilir”.

Kənan Nəsirov ona əlil arabası təhkim olunarkən belə bir qanunun olmasından bəhs etmədiklərini bildirir. Yəni bu seçimi qeyri-ixtiyari etdiyini dilə gətirir. N.Kənan əlil arabasından imtina etmək istəmədiyini, hər iki texniki vasitəyə ehtiyac duyduğunu bildirir.

Qeyd edək ki, bu, sözügedən qanunun qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün nə dərəcədə uyğun olması məsələsini də gündəmə gətirir.