Qaziyə hansı əsasla əlillik verilməyib? – Rəsmi açıqlamabackend

Qaziyə hansı əsasla əlillik verilməyib? – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən müharibəsində döyüşlərdə iştirak etmişəm. Başımda və ayaqlarımda xəsarətlər var, psixologiyam yerində deyil, lakin mənə əlillik verilmir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciət edən Vətən müharibəsi qazisi Kənan Böyükkişiyev deyib.

Onun hər iki aşağı və yuxarı ətrafları, baş nahiyəsi və cinsiyyət orqanı kor qəlpə ilə xəsarət alıb. Qazinin sözlərinə görə, hazırda həm psixoloji, həm də fiziki problemləri olduğu üçün işləyə bilmir.

2001-ci il təvəllüdlü qazi iddia edir ki, sənədlərini dəfələrlə aidiyyəti qurumlara göndərsə də, ona əlilliyin verilməsi ilə bağlı imtina gəlib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, müharibə əlilliyinin qiymətləndirilməsi üçün daxil edilmiş göndərişlər (forma 88) əsasında əyani müayinələr aparılıb: “Səhiyyə Nazirliyinin mütəxəssilərinin də iştirak etdiyi müayinələr zamanı Kənan Böyükkişiyevin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı məlum olub. Buna görə də ona əlillik təyin edilməyib. O, müharibə veteranı olaraq Prezidentin aylıq təqaüdü ilə təmin olunur”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən açıqlamaya görə, 2021-ci ildə qazinin ailəsi üçün özünüməşğulluq proqramı çərçivəsində maldarlıq üzrə kiçik təsərrüfat yaradılıb.

Qeyd edək ki, Kənan Böyükkişiyev Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. O, döyüşdə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

qaziye-hansi-esasla-elillik-verilmeyib