“Qazprom” Çinə gündəlik qaz tədarükü rekordunu yeniləyibbackend

“Qazprom” Çinə gündəlik qaz tədarükü rekordunu yeniləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 3-də “Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

“Sibirin Gücü” qaz kəməri ilə Rusiya qazının tədarükü şirkətin gündəlik müqavilə öhdəliklərini yenidən aşdı”, – deyə məlumatda bildirilir.

“Sibirin Gücü” vasitəsilə tədarüklər “Qazprom” və Çin CNPC arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.

“Qazprom” yanvarın 2-də Çinə qaz tədarükü üzrə əvvəlki rekorda imza atıb. Holdinq qeyd edib ki, yanvarın 2-nə Rusiya qazının Çinə ixracı 22,7 milyard kubmetrə çatıb ki, bu da “Qazprom”un müqavilə öhdəliklərindən 700 milyon kubmetr və ötən ilin nəticələrindən (15,4 milyard kubmetr) bir yarım dəfə çoxdur. .