Qəbələ-nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar varbackend

Qəbələ-nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında baş verən hadisə ilə bağlı üç nəfər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb:

“Əməli törətməkdə şübhəli bilinənlər – şəhər sakinləri B.Əhmədov, S.Qasımov və R.Əhmədov saxlanılıblar. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək”.