Qəbələ Rayon İcra Hakimiyyəti 5 dəfə cərimələnmiş şirkətlə müqavilə bağladıbackend

Qəbələ Rayon İcra Hakimiyyəti 5 dəfə cərimələnmiş şirkətlə müqavilə bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ Rayon İcra Hakimiyyəti tabeliyindəki inzibati binanın isitmə-soyutma, havalandırma sistemi və elektrik generatorunun əsaslı təmiri üçün “Qəbələ İnşaat” MMC ilə müqavilə imzalayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri  10 min manatdır.

Qalib şirkət barədə 32gun.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ İnşaat” MMC Operativ Vergi Nəzarəti nəticəsində müxtəlif maliyyə sanksiyaları ilə üzləşib. Şirkətə tətbiq edilən cərimələr aşağıdakılardır:

Pul vəsaitinin uçotdan gizlədilməsi və malların qanuni qaimə-faktura əsasında alınmaması ilə bağlı 1.614,90 AZN

Eyni səbəbdən 200,40 AZN

Yenə eyni səbəbdən 249 AZN

Eyni qayda pozuntusu üçün 3.002,98 AZN

İşçilərlə əmək müqavilələrinin düzgün aparılmaması ilə bağlı 2.000 AZN

Beləliklə, şirkətin dövlət qarşısında ümumilikdə 6.067,28 AZN məbləğində maliyyə sanksiyası mövcuddur. Şirkətin nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Cavid Babayev Fizuli oğludur.

Xatırladaq ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdir.