“Qəbələ” “Sumqayıt”ı darmadağın edibbackend

“Qəbələ” “Sumqayıt”ı darmadağın edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

“NOCOMMENT” xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. “Qırmızı-qaralar”ın qollarını 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.

Xallarının sayını 32-yə çatdıran “Qəbələ” ikinci pillədəki mövqeyini qoruyub. “Gənclik şəhəri” təmsilçisi isə 13 xalla 7-ci yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə “Neftçi” səfərdə “Sabah”ı 1:0 hesabı ilə yenib. Tura fevralın 28-də keçiriləcək “Səbail” – “Zirə” və “Keşlə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.