Qəbələ və İsmayıllıda zəlzələ olubbackend

Qəbələ və İsmayıllıda zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 22-də Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə – Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə yeraltı təkanlar yerli vaxtla saat 16:52-də qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.