Qəbələdə ağac qənimləri saxlanıldıbackend

Qəbələdə ağac qənimləri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qəbələ meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyatlar keçirib.

NOCOMMENT DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstə saxlanııb.

Qəbələ rayonu ərazisindəki Bum və Həmzəli kəndlərinin ətrafında yerləşən meşə massivlərindən ümumilikdə 62 ədəd fıstıq cinsindən olan ağacın kəsildiyi müəyyən edilib.

Rayon sakinləri Adil Cabbarov və Qasım Qasımovun başçılıq etdiyi dəstənin qanunsuz əməlləri təkzibedilməz faktlarla sübuta yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.