Qəbələdə iki “VAZ” toqquşdu – Ölən və yaralananlar varbackend

Qəbələdə iki “VAZ” toqquşdu – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

NOCOMMENT.azın məlumatına görə, hadisə ötən gün rayonunTövlə kəndi ərazisində baş verib.

Belə ki,hərəkətdə olan  “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub.  Nəticədə “VAZ-2106”da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin -1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.

Həmçinin digər avtomobilin sürücüsü  30 yaşlı Aqasif Qəribli və sərnişini – 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.\\“Unikal”