Qebreyesus tərəfləri Qəzza zolağında davamlı atəşkəsə çağırdıbackend

Qebreyesus tərəfləri Qəzza zolağında davamlı atəşkəsə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail və Həmas arasında Qəzza zolağında hərbi əməliyyatların müvəqqəti dayandırılmasına dair razılaşmanı dəstəkləyib. “X” sosial şəbəkəsində qeyd edib ki, Fələstin anklavında tam atəşkəs əldə edilməlidir.

“Biz Qəzza zolağında humanitar fasilənin başlanmasını və səhiyyə sektoru da daxil olmaqla humanitar yardımın çatdırılmasını alqışlayırıq. Bu düzgün istiqamətdə atılmış addımdır, lakin daha çox iş görülməlidir. Biz mülki əhalinin iztirablarına son qoymaq üçün davamlı atəşkəsə çağırmaqda davam edirik”, – Qebreyesus yazıb.