Qələbə istəyirsiniz? Onda 3M qaydasına əməl edin! – VİDEObackend

Qələbə istəyirsiniz? Onda 3M qaydasına əməl edin! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus hələ bitməyib, amansız xəstəlik davam edir, can alır. Həkimlərimiz əzmlə virusa yoluxanları sağaltmağa çalışır. Vətən müharibəsində uğurlara hamımız sevinirik, amma unutmamalıyıq ki, virus yayılsa, bu həm ölkəmizə, həm də əsgərimizə təhlükədir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, ailəsindən kiminsə virusa yoluxduğunu öyrənən əsgər narahat, fikirli olacaq: “Unutmamalıyıq ki, virus yayılsa, həkimlərimiz yaralı əsgərlərlə yanaşı, yoluxan xəstələrə də kömək etməli olacaq. Bu isə hansısa bir əsgərimizin həyatını itirməsinə səbəb ola bilər.

Bu mənada bu gün hər bir vətəndaşın koronavirusa yoluxmaması üçün riayət etməli olduğu çox sadə qaydalar var. Gəlin yadda qalsın deyə, adını 3M qaydası qoyaq:

1. Maska
2. Məsafə
3. Məhlul (dezinfeksiya məhlulu).

Əgər bu gün Ordumuza, əsgərə kömək etmək istəyiriksə, 3M qaydasına əməl edək! Unutmayaq ki, karantinin yenidən sərtləşməsi həm də iqtisadiyyatımızın zəifləməsi deməkdir. Qələbə bahalı nemətdir. Bizə bundan sonra daha çox vəsait, daha güclü iqtisadiyyat lazım olacaq.

Qələbə bizim olacaq! Qələbədən sonra Azərbaycan daha güclü olmağa məhkumdur!”