Qələbə naminə bütün qüvvələrimizi birləşdirəcəyik – Zelenskibackend

Qələbə naminə bütün qüvvələrimizi birləşdirəcəyik – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı müharibədə qələbə qazanmaq üçün bütün imkanlarını birləşdirəcəklərini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski bu barədə gecə paylaşdığı videomüraciətində bildirib.

O, Rusiya-Ukrayna müharibəsində son dövrlərdə olduğu kimi ən şiddətli qarşıdurmaların Donbas bölgəsində davam etdiyini bildirib.

Rusiya qüvvələrinin hücumlarına cavab verməyə davam etdiklərini deyən Zelenski aşağıdakı ifadələri səsləndirib:

“Əsas əməliyyat bölgələrində, xüsusilə Donbasda şiddətli toqquşmalar davam edir. Donbas üçün müharibə davam edir. Cənub üçün müharibə davam edir”.

Rusiya ordusunun hərəkətləri ilə bağlı lazımi məlumata sahib olduqlarını qeyd edən Zelenski, “Rusiyanın hansı qüvvələri topladığını görürük və necə cavab verəcəyimizi bilirik”deyə bildirib.

Bundan başqa Zelenski çıxışında yeni qərara əsasən, dövlət qulluqçusunun rəsmi təyinat olmadan xaricə getməsinin mümkün olmayacağını da qeyd edib.

NOCOMMENT.az