Qənirə Paşayeva xalq artisti ilə görüşdübackend

Qənirə Paşayeva xalq artisti ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan xalq artisti, Akademik Milli Dram Teatrı Aktyor truppasının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Prezident təqaüdçüsü Əli Nurla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, sənətkarın yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan Komitə sədri, yaradıcılıqda ona yeni uğurlar diləyib.

Q.Paşayeva xalq artistini 75 illik yubileyi münasibəti ilə təbrik edib ona Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib.

Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb.