QƏRAR: Sayt rəhbərinin həbs müddəti artırıldıbackend

QƏRAR: Sayt rəhbərinin həbs müddəti artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlahiyyatçı, maide saytının rəhbəri Sərdar Babayevin barəsində həbs qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Sərdar Babayevin vəkili Cavad Cavadov məlumat yayıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə Sərdar Babayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 6 ay uzadılıb.

İstintaq orqanı tərəfindən Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Sərdar Babayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ətraflı

Qeyd edək ki, Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il fevralında isə azadlığa buraxılıb.