Almaniya kansleri Fridrix Merz başda olmaqla Almaniya rəhbərliyi Ukraynada münaqişəni gücləndirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Aris, France” partiyasının lideri Nikola Düpon-Aignan X sosial şəbəkəsindəki səhifəsində açıqlama verib.
“Almaniya Avropanı yeni kabusa sürükləmək istəyir. Gəlin bu eskalasiyanı dayandıraq. NATO-nun birgə komandanlığını dərhal tərk edək. “Gəlin Ukraynada sülh bərqərar edək”, – siyasətçi yazıb.
Daha əvvəl Almaniyanın Bild qəzeti mənbələrə istinadən yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri zamanı Merz Ukraynaya yeni silahların, o cümlədən MARS II reaktiv yaylım atəş sistemləri və IRIS-T zenit-raket komplekslərinin təhvil veriləcəyini elan edə bilər.