Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törətdibackend

Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar yaradıb, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, saat 18 radələrindən başlayaraq, Qərb bölgəsinin dağlıq rayonlarında leysan yağış və güclü ildırım müşahidə olunur. Bu saatlarda isə Gəncə şəhəri və yaxın rayonlarda da küləklə müşahidə olunan leysan yağış yağmağa və ildırım çıxmağa başlayıb.

Kəskin hava şəraiti səbəbindən Daşkəsən rayonunun və Gəncə şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Hazırda bölgədə analoji hava şəraiti davam edir.