Qərb Cənubi Qafqazı hərbiləşdirir -Zaxarovabackend

Qərb Cənubi Qafqazı hərbiləşdirir – Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Kanadanın Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulmasına münasibət bildirərkən deyib:

“Başa düşdüyümüz qədər Kanadanın Ermənistandakı Aİ missiyasına qoşulması praktiki müstəviyə keçib. Bu günlərdə Kanadadan “ekspertlər” Ermənistana səfər edib. Bu qərarın əlavə dəyəri nədir, anlaşılan deyil. Qoyun, ermənilər özləri bunu şərh etsinlər. Çox güman ki, burada söhbət ondan gedir ki, Vaşinqton avropalı müttəfiqlərini NATO qüvvələrini Cənubi Qafqaza sürükləmək üçün istifadə edir”.

Onun sözlərinə görə, Ermənistandakı Avropa İttifaqı missiyasının mövcudluğu səmərəsizdir:

“NATO-nin simasında xarici oyunçuların Cənubi Qafqazdakı səyləri regionda etibarın azalmasını, eskalasiyanı, silahlı qarşıdurmanı qaçılmaz edir. Azərbaycan-Ermənistan nizamlanmasına real yardım Aİ və NATO-nin məqsədlərində yoxdur. Qərb Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma arenasına çevirərək, yerli sakinlərin maraqlarını rədd edərək onu hərbiləşdirməyə davam edir. Faktiki olaraq, Qərb yaxın vaxtlarda regionun dinc yolla inkişafı vəzifələrinin həyata keçirilməsinin üstündən xətt çəkir”.