Qərb erməni QHT-lərə ildə otuz milyon dollar pul ayırır – HARA xərclənir?backend

Qərb erməni QHT-lərə ildə otuz milyon dollar pul ayırır – HARA xərclənir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda qərbyönümlü ictimai təşkilatlar tərəfindən alınan qrantların miqdarı bir çox açıq mənbələrdə göstərilən məbləğdən qat-qat çoxdur.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu “Xalqın səsi” klubunun eksperti Arman Qukasyan mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, fəaliyyətlərinə, əsasən, ABŞ və Avropa Birliyindən gələn fondlar tərəfindən dəstəklənən təxminən 40 ictimai təşkilatın açıq məlumatlarını sistemləşdiriblər. Bunlar ölkənin daxili və xarici siyasətinə fəal təsir göstərməyə çalışan, eyni zamanda Ermənistanda ictimai rəy formalaşdırmağa çalışan QHT-lərdir.

“Dun & Bradstreet-ə görə, Ermənistanda fəaliyyət göstərən 40 QHT-dən 15-nin illik gəliri bir milyondan iki milyon dollara bərabərdir. Qalan təşkilatların illik gəliri 200 min dollarla bir milyon dollar arasındadır. 40 strukturun hamısının birlikdə illik büdcəsi 33 milyon dollardan çoxdur”, – deyə Qukasyan qeyd edib.

Hələ nəzərə almaq lazımdır ki, qrantlara dair məlumatları yalnız Soros Fondu, Demokratiyaya Dəstək Milli Fondu və Britaniyanın Sigrid Rausing Trust Fondu dərc edirlər.