Qərb Ermənistana gəlincə sükuta qərq olur – Zaxarovabackend

Qərb Ermənistana gəlincə sükuta qərq olur – Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb bütün səviyyələrdə Gürcüstan hakimiyyətini guya hüquq-mühafizə orqanları tərəfindən kobud güc tətbiq etməsinə görə hücum edir və qorxudur, Ermənistana gəlincə sükuta qərq olur”.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Gürcüstandakı etirazlar barədə suala cavabında deyib. O, Moskvanın həmişə ölkələrdə daxili siyasi proseslərə qiymət verməmək mövqeyində olduğunu bildirib.

Eyni zamanda vurğulayıb ki, Qərbin bu etirazlara reaksiyası sabitliyi ilə təəccübləndirir:

“ABŞ və Avropa mediası verilən əmrlə Gürcüstandakı nümayişləri diqqətdə saxlayır və nümayişlərin iştirakçılarını qəhrəman kimi göstərir. Ağ Evin xarici agentlər haqqında qanunun qəbul ediləcəyi təqdirdə ABŞ-nin Gürcüstanla münasibətlərə fundamental dərəcədə yenidən baxacağı barədə bəyanatı açıq təhdiddir. Bu da ikili standartlardır. Ermənistanda minlərlə insanın etirazına gəlincə, Qərb özünü elə aparır ki, sanki heç nə baş vermir. Şərh verilsə belə İrəvandakı etirazların erməni xalqının iradəsini əks etdirmədiyini, kənardan koordinasiyalı şəkildə idarə olunduğu bildirilir”.