Qərb Ermənistandan müharibə aləti kimi istifadə edir – AÇIQLAMAbackend

Qərb Ermənistandan müharibə aləti kimi istifadə edir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton və Brüssel postsovet ölkələrinə böyük təzyiq göstərir, onların Rusiya ilə qarşılıqlı əlaqələrini məhdudlaşdırmağa çalışır. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib. Onun sözlərinə görə, buna ən yaxşı nümunə Ukraynadır.

Qaluzin Ermənistanla münasibətlərə də toxunub:

“Biz Ermənistanla əlaqələri səmimiyyətlə qiymətləndiririk, onları qarşılıqlı hörmət və qarşılıqlı faydalı şəkildə qurmağa çalışırıq”, – deyə rusiyalı diplomat bildirib.

O hesab edir ki, Qərb əksinə, “Ermənistandan Rusiya və Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibə aləti kimi istifadə etməyə” çalışır.

Rusiya xarici işlər nazirinin müavini KTMT haqqında da danışıb və qeyd edib ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün başqa effektiv alternativ mexanizm yoxdur.