Qərb Gürcüstanda iğtişaşlara “yaşıl işıq” yandırırbackend

Qərb Gürcüstanda iğtişaşlara “yaşıl işıq” yandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 7-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəddə xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Qanun layihəsinin 76 deputat lehinə, 13 deputat isə əleyhinə səs verib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, layihənin birinci oxunuşda qəbul edilməsindən sonra Tbilisidə parlament binası önündə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiya zamanı polis etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edib. Gürcüstan parlamenti qarşısında keçirilən aksiya zamanı 100-dən çox şəxs saxlanılıb.

İki gün davam edən aksiyalardan sonra hakim “Gürcü arzusu” partiyası qanun layihəsini geri götürəcəyini açıqlayıb. Parlamentin bu gün keçirilən iclasında qanun layihəsi ikinci oxunuşda rədd edilib.

Qanun layihəsi rədd edilsə də, Gürcüstanda aksiyaçılar hökumətin istefasını və yeni seçkilərin keçirilməsini tələb ediblər.

Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze hazırda baş verən hadisələrlə bağlı danışıb. Gürcü politoloqun fikrincə, ölkəsində yaşanan hadisələrin arxasında Qərb dayanır.

“Qərb əslində Gürcüstandakı iğtişaşlara “yaşıl işıq” yandırır. Amma son olan hadisələri sadəcə Qərblə əlaqələndirmək olmaz. Burada daxili amillərdən də çox şey asılıdır. Dəqiq proqnoz vermək çətindir, böyük ehtimalla mitinqlər davam edəcək, çevriliş ehtimalı azdır, amma istisna da deyil. Gürcüstanda müxalifət güclüdür və onlar Qərbin tövsiyələrinə qulaq asırlar. Qanun layihəsi geri götürüldükdən sonra da etirazlar dayanmayacaq. Hakimiyyətə təzyiqlər davam edərkən Qərb müxalifət yolu ilə yeni siyasi tələblər irəli sürəcək. Amma düşünürəm ki, hakimiyyət də əvvəlcədən Qərbin təzyiqlərini nəzərə alıb”, – deyə tanınmış politoloq vurğulayıb.