Qərb hərbçiləri ABŞ və onun müttəfiqləri üçün güc multiplikatorudurbackend

Qərb hərbçiləri ABŞ və onun müttəfiqləri üçün güc multiplikatorudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri uzun sürən müharibələrin mümkünlüyünə hazırlaşmalıdırlar”.

NOCOMMENT.az BBC-yə istinadən xəbər verir ki, belə bəyanatla ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks çıxış edib.

Onun sözlərinə görə, Qərb hərbçiləri və onun kollektiv sənaye bazasının qarşılıqlı fəaliyyəti ABŞ və onun müttəfiqləri üçün güc multiplikatorudur:

“Ona görə də bilirəm ki, bizdə nəinki digər ölkələrlə rəqabət aparmaq, həm də bu rəqabəti məğlub etmək və üstün olmaq üçün lazım olan hər şey var. Bu, uzun sürən müharibə ehtimalına hazır olmağımızı təmin etməkdən ibarətdir. İstənilən müttəfiq buna hazır olmalıdır. Özü də təkcə Avropada deyil. Biz kollektiv hərbi-sənaye potensialımızın və istehsal həcmimizin artımını sürətləndirməliyik”.