Qərb mediası HƏMAS-ın İsrailə hücumunu lentə alan müxbiri işdən çıxardıbackend

Qərb mediası HƏMAS-ın İsrailə hücumunu lentə alan müxbiri işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Associated Press (AP) və CNN İsrailin HƏMAS ilə əməkdaşlıqda ittiham etdiyi fotojurnalist Hasan Eslaya ilə artıq işləmədiklərini bildiriblər. Bu barədə CNN-in hesabatında deyilir.

Nəşrin məlumatına görə, həm CNN, həm də Associated Press bəzən Hasan Eslaya ilə əməkdaşlıq edirdi və fotoqraf onlar üçün frilanser kimi siyahıya alınırdı. Amma indi onunla bütün əməkdaşlığı dayandırıblar. AP həmçinin qeyd edib ki, oktyabrın 7-də agentliyin heç bir müxbiri İsrail və Qəzza sərhədində olmayıb və ya demarkasiya xəttini keçməyib.

CNN həmçinin qeyd edib ki, Eslaya onların heyətində olmayıb, lakin zaman-zaman onlar üçün işləyirmiş.