Qərb ölkələri Ukraynaya qoşun göndərir?backend

Qərb ölkələri Ukraynaya qoşun göndərir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsi istisna edilmir.

NOCOMMENT.az xəbər verir ki, Makron, hansı dövlətlərin qoşun göndərməyi düşündüyü barədə məlumat verməkdən imtina edib.

Fransa prezidenti vurğulayıb ki, Rusiyanın müharibədə qalib gəlməməsi üçün lazım olan hər şey ediləcək:

“Hər şey çox açıq və birbaşa müzakirə olunub. Hazırda quru qoşunlarının rəsmi və açıq şəkildə göndərilməsi ilə bağlı konsensus yoxdur. Amma dinamika baxımından heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın müharibədə qalib gəlməməsi üçün lazım olan hər şeyi edəcəyik”.