Qərb Rusiyanın kölgə donanmasından qorxurbackend

Qərb Rusiyanın kölgə donanmasından qorxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “kölgə donanması”nın Finlandiyanı təhdid etdiyi iddia edilir və Qərb ölkələri onun yaratdığı risklərlə məşğul olmalıdır. 

NOCOMMENT.az xəbər verir ki, bunu Şimali Avropa dövlətinin prezidenti Aleksandr Stubb deyib.

“Rusiyanın kölgə donanmasına aid gəmilərin yaratdığı risklərlə mübarizə aparılmalıdır”, – deyə Finlandiya lideri bildirib.

O, həmçinin Finlandiyanı Estoniya ilə birləşdirən EstLink 2 elektrik kabelinin kəsilməsi ilə bağlı vəziyyətdən xəbərdar edildiyini vurğulayıb.

Bundan əvvəl məlum olub ki, Finlandiya bu ölkəni Estoniya ilə birləşdirən EstLink 2 enerji kabelinin fövqəladə bağlanması ilə bağlı insidentlə bağlı araşdırmalara başlayıb. Bağlantı kəsilən zaman kabelin yaxınlığında iki gəmi olub.

“İltalehti” qəzetinin məlumatına görə, Honq-Konq bayraqlı “Xin Xin Tian 2” konteyner gəmisi kabel kəsilməsi zamanı onun yanından keçirdi . Dəqiqləşdirilir ki , Çin gəmilərinin son vaxtlar sualtı kommunikasiya xətlərinə və elektrik enerjisinə dəymiş ziyanda şübhəli bilinir.