Hollandiya Avropanın Rusiyaya qarşı sanksiyalarından əziyyət çəkir, onları ləğv etməyin vaxtıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Hollandiya parlamentinin sağçı Demokratiya Forumu (FvD) partiyasından olan deputatı Gideon van Meyeren deyib.
“Rusiyaya ixrac etdiyimiz gül və digər kənd təsərrüfatı məhsulları yetişdirən bir çox holland fermerlərlə ünsiyyət qururam. Artıq mallarını Rusiyaya sata bilmədiklərinə görə əziyyət çəkirlər”.
Hollandiyalı deputatın sözlərinə görə, Avropa iqtisadiyyatı, xüsusən də Hollandiya sanksiyalardan Rusiyadan daha çox zərər çəkib. O vurğulayıb ki, məqsədi Rusiya iqtisadiyyatına zərər vurmaq olan effekt tamamilə absurd olub.
Daha əvvəl van Meyeren bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması yalnız NATO-nun müdaxilə etmədiyi halda mümkündür. O, Ukraynanın da neytral dövlətə çevrilməli olduğunu vurğulayıb.