Qərb tərəfindən Ukraynaya göndərilən tankların heç biri pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə sistemləri ilə təchiz olunmayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə almaniyalı hərbi ekspert Tomas Tayner Bild qəzetinə müsahibəsində bildirib.
“Ona görə də, Ukrayna hərbçiləri bu tanklardan istifadə edərkən son dərəcə ehtiyatlı olmağa məcburdurlar. Çünki onlarda nə dronlara, nə də idarə olunan tank əleyhinə raketlərə qarşı aktiv müdafiə sistemi yoxdur,” – deyə Tayner vurğulayıb.
Bununla belə, ekspert hesab edir ki, müasir tanklardan ibarət bir rota, zenit sistemlərinin dəstəyi ilə, hətta yüzlərlə drona qarşı dözümlü ola bilər.