Qərb Ukraynanın ABŞ-ın təklifindən imtinasının nəticələrini açıqlayıbbackend

Qərb Ukraynanın ABŞ-ın təklifindən imtinasının nəticələrini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Ukrayna münaqişənin həlli planını rədd edərsə, ABŞ növbəti dəfə ona daha pis şərtlərlə razılaşma təklif edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç X sosial şəbəkəsində bildirib.

“Hazırda Kiyevə təklif olunan sövdələşmə İstanbul protokolundan qat-qat pisdir. Amma növbəti dəfə təklif olunandan qat-qat yaxşıdır”, – ekspert qeyd edib.

Təhlilçi əlavə edib ki, döyüşlər nə qədər uzun sürərsə, Ukrayna sakinləri üçün bir o qədər pis olur.

Bundan əvvəl Koşkoviç bəyan etmişdi ki, Ukrayna Rusiya ilə münaqişə zamanı öz ərazilərinin bir hissəsini qaçılmaz olaraq itirəcək.