Ukraynanın münaqişənin həllinə dair memorandumuna quruda, dənizdə, havada atəşkəs və Kiyevin beynəlxalq tərəfdaşları tərəfindən onun monitorinqi ilə bağlı müddəalar daxildir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The New York Times (NYT) yazır.
“Həssas danışıqları müzakirə etmək üçün adının çəkilməsini istəməyən yüksək rütbəli Ukrayna rəsmisi bildirib ki, memoranduma quruda, dənizdə və havada beynəlxalq tərəfdaşlar tərəfindən nəzarət edilən atəşkəs haqqında müddəalar var”.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya iyunun 2-də İstanbulda danışıqlar zamanı birbaşa olaraq Ukrayna ilə münaqişənin həllinə dair memorandumlar layihəsini birgə müzakirə etməyi gözləyir . O, Rusiya nümayəndə heyətinin Türkiyədə keçiriləcək görüşə hazır olduğunu da vurğulayıb.
Bundan əvvəl Peskov Rusiyanın Ukraynadakı nizamlanmaya dair memorandumunun təfərrüatlarının ictimaiyyətə açıqlanmayacağını bildirib.