ABŞ və Avropa ölkələrinin Ukraynaya ümumi hərbi yardımı artıq 100 milyard avronu keçib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa almaniyalı həmkarı Annalena Berbok ilə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ilin avqustun 31-də ABŞ Ukraynaya 56,8 milyard avro hərbi yardım ayırıb. Eyni zamanda, Avropa dövlətlərinin Ukraynaya ümumi hərbi yardımı 54,6 milyard avro təşkil edib.