Qərbi Balkan ölkələri tezliklə Avropa İttifaqına üzv edilməlidirbackend

Qərbi Balkan ölkələri tezliklə Avropa İttifaqına üzv edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbi Balkan ölkələri lazımi kriteriyalara cavab vermək şərti ilə tezliklə Avropa İttifaqına üzv qəbul edilməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts bildirib. Qeyd edib ki, üzvlük yalnız bütün meyarların yerinə yetirilməsindən asılıdır.

Almaniya hökumətinin başçısı təsdiqləyib ki, Avropa İttifaqı islahatlar yolu ilə genişlənməyə hazırlaşmalıdır.

Xüsusilə, o, hazırda üzv dövlətlər arasında yekdilliyin tələb olunduğu maliyyə və xarici siyasətdə daha səmərəli qərarların qəbulu proseslərinə toxunub.