Qərbin bu addımları Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə… – Mixail Qaluzinbackend

Qərbin bu addımları Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə… – Mixail Qaluzin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir”.

NOCOMMENT.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən belə deyib. Bildirib ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək.

Diplomatın fikrincə, bölgədə təhlükəsizliyin effektivliyini “müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar”. İnanırıq ki, regional təhlükəsizliyi ən səmərəli şəkildə müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar. Biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq.

Xatırladaq ki, Ermənistanın Fransadan 36 “Caesar” özüyeriyən artilleriya sistemi aldığına dair məlumat yayılıb.