Qərbin Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcəkbackend

Qərbin Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcək.

NOCOMMENT.az xəbər verir ki, unu İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O, Cənubi Qafqazı İranın təhlükəsizlik zonasının mühüm bir hissəsi olduğunu vurğulayıb. Müşavir ABŞ, Avropa Birliyi, NATO və Ermənistanın iştirakı ilə aprelin 5-də Belçikanın Brüssel şəhərində keçirilən toplantıya münasibət bildirərək deyib ki, Avropa Birliyi və ABŞ NATO çərçivəsində Brüsseldə toplaşaraq yeni qətnamə qəbul edib.

“Cənubi Qafqaz regionuna yeni işğal və qeyri-qanuni müdaxilə planı hazırlayaraq dünyanın bu çox həssas bölgəsinə guya sülhü təşviq etmək məqsədilə müdaxilə etmək istədiklərini birbaşa bəyan ediblər”-deyə Əli Əkbər vilayəti vurğulayıb.