Qərbin Qafqaza soxulmaq cəhdləri… – Rusiyabackend

Qərbin Qafqaza soxulmaq cəhdləri… – Rusiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya ilə birgə hazırlanmış sülh təşəbbüsləri həyata keçiriləcək.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Bu regionu sözün əsl mənasında açar region, tərəflərin Rusiya ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümidin qaldığı bir bölgə adlandırmaq olar”, – Zaxarova bildirib.

Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq adlandırıb.

Onun sözlərinə görə, bu siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlərlə aparılır:

“Təəssüf ki, biz uzun illərdir burada belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar. Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur, halbuki kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır. Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib”.