Qərbin reaksiyası nüvə silahı planlarımıza təsir etməyəcəkbackend

Qərbin reaksiyası nüvə silahı planlarımıza təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərb ölkələrinin reaksiyası Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək.

NOCOMMENT xəbər verir ki, Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərə açıqlamalar verib.

Kremlin sözçüsü xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib.

Qərb ölkələrinin buna mənfi reaksiya verdiyini qeyd edən Peskov, “Təbii ki, bu reaksiya Rusiyanın planlarına təsir edə bilməz” deyib.