Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməsi təhlükəli səhvdir – Kremlbackend

Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməsi təhlükəli səhvdir – Kreml

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməsi təhlükəli səhvdir. Bu təminatlar Rusiyanın təhlükəsizliyini təhdid edir. Bu, Avropanı gələcək üçün daha təhlükəli edəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin bəyanatında deyilir.

Kremlin sözçüsü Dmitri Peskov bu gün verdiyi açıqlamada Qərbin Ukraynaya təhlükəsizlik zəmanətinin yanlış olduğunu, “potensial olaraq çox təhlükəli” olduğunu və bunun Rusiyanın öz təhlükəsizliyini pozacağını bildirib.

“Ukraynaya kaset sursatlarının çatdırılması vəziyyəti dəyişir və Rusiyanı əks tədbirlər görməyə məcbur edir”, – Peskov bildirib.

Peskov həmçinin NATO-nu qeyri-sabitlik və zorakılıq gətirən aqressiv alyans kimi müəyyənləşdirib.

Rəsmilərin dediyinə görə, G7 ölkələrinin çərşənbə günü Ukraynanın Rusiyaya qarşı müdafiəsini gücləndirmək və Moskvanı gələcək hücumlardan çəkindirmək üçün uzunmüddətli təhlükəsizlik təminatına zəmin yaradacaq beynəlxalq çərçivəni elan edəcəyi gözlənilir.