Qəşəm Nəcəfzadənin adı Şuşa səfərinin siyahısından çıxarıldı – SƏBƏBbackend

Qəşəm Nəcəfzadənin adı Şuşa səfərinin siyahısından çıxarıldıSƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə Şuşaya aparılmamasının səbəbini açıqlayıb .

NOCOMMENT.az Manset.az-a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkədə status yazıb. Şair qeyd edib ki, əvvəlcə onun adı Şuşaya gedənlər siyahısında olsa da, sonradan bilinməyən səbəbdən siyahıdan çıxarılıb:

“Sabah Şuşaya şairlərlə mən də gedəcəkdim. Ən böyük arzum və haqqım idi. Adımı Anar siyahıya yazmışdı. Məni çağırmadılar amma… (Şuşa davası eləmirəm, nə xoş ki, Şuşa bizimdir. Sadəcə bir neçə dəfə belə hadisə olub). Guya deyirlər adını Fonddan pozublar. Sonra deyirlər, Administrasiyadan pozublar. Nə bilim, kim pozub? 60 yaşımı adlamış bir ziyalı , Əməkdar Mədəniyyət işçisi kimi, tanınmış şair kimi niyə mənim adım mədəniyyət, ədəbiyyat siyahısından pozulmalıdır? Ev, fəxr ad siyahısından pozdular yaxşı elədilər, bəs Şuşaya nə söz? Mən sizə nə pislik eləmişəm, ancaq vətənimə, dövlətimə, xalqıma şeir yazmışam, ayrı nə eləmişəm? Niyə hakimiyyətə qarşı adamın inamını sındırırsınız? Niyə adamı məhv edirsiniz?”