HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları, İsrail ordusunun Qəzza zolağına atdığı partlamayan iki raketdən istifadə edərək 5 tankı məhv etdiklərini açıqladı.
NOCOMMENT xəbər verir ki, Fələstinin təhlükəsizlik mənbələrindən verilən məlumata görə, İsrail ordusu oktyabrın 7-dən etibarən Qəzza zolağına minlərlə raket atsa da, bəziləri texniki səbəblərdən partlamayıb.
Fələstin müqavimət qüvvələri ümumiyyətlə bu raketlərdəki partlayıcı materiallardan partlayıcı maddələr və raket başlıqları istehsal etmək üçün istifadə edir.